EN

Yamal Peledən sonra DÇ-2026-da yeni rekorda imza ata bilər

BAKI, 2 iyun. TELEQRAF

İspaniya millisinin üzvü Lamin Yamal DÇ-2026-da fərqlənəcəyi təqdirdə dünya çempionatları tarixində qol vuran ən gənc futbolçulardan biri kimi tarixə düşə bilər.

Teleqraf xəbər verir ki, 18 yaşlı vinger son iki ildə bir sıra yaş rekordlarını yeniləyib.

O, AVRO-2024-ün yarımfinalında Fransaya vurduğu qolla turnir tarixinin ən gənc qol müəllifi olub.

Yamalın iyunun 15-də Kabo-Verde ilə keçiriləcək dünya çempionatının ilk oyununda meydana çıxacağı gözlənilir. Futbolçu zədəsini sağaldaraq artıq İspaniya millisinin məşqlərinə qoşulub.

“Barselona”nın üzvü ötən mövsüm 16 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin “Qızıl top” mükafatının səsverməsində ikinci yeri tutan ən gənc futbolçu kimi tarixə düşüb.

İspaniya millisi dünya çempionatının H qrupunda iyunun 15-də Kabo-Verde ilə qarşılaşacaq. Komandanın digər rəqibləri Səudiyyə Ərəbistanı və Uruqvay olacaq.

Qeyd edək ki, Yamal dünya çempionatında qol vuracağı halda mundial tarixinin ən gənc qolçusu Peleyə məxsus rekorda da yaxınlaşa bilər. Pele 1958-ci ildə 17 yaş 239 günlüyündə fərqlənmişdi.

Chosen
7
2
teleqraf.com

3Sources