Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində şəhid Səxavət Məmmədovun 60 yaşlı atası Adıgözəl Məmmədovun 31 yaşlı gəlini Gülüzar Məmmədovanı qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi iddialar yayılıb.“BUTA.TV” xəbər verir ki, Məmmədovların qonşuları Modern.az-a hadisənin tamah məqsədilə törədildiyini bildirib. Qeyd edilib ki, qayınatanın gəlinini öldürmə səbəbi onda olan şəhid ailələri üçün nəzərdə tutulan aylıq müavinət kartını mənimsəmək istəyi olub.Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb. Belə ki, Şuşa şəhərciyinin yaxınlığında inşa edilən binalar 44 günlük müharibədən sonra şəhid ailələrinə verilib. Həmin evlərdən biri də Səxavət Məmmədovun ailəsinə təqdim olunub. Lakin şəhidin atası Adıgözəl Məmmədov gəlinini bu evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb.“Gəlinindən kartı almaq üçün iyunun 1-i – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edib onları evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qayınatası onun arxasınca gedərək liftdə bıçaqlayıb”. Qonşular bildiriblər ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar: “Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb. Səs-küyə çıxıb gördük”. Qeyd edək ki, Gülüzar Məmmədova və şəhid Səxavət Məmmədovun iki övladı yadigar qalıb.