"Azərsun Holdinq"in xarixi ticarət şirkəti “MORS TRADING” MMC 2026-cı ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçıları arasında ilk onluğa daxil olub.
Marja xəbər verir ki, şirkətin ixracı cari ilin ilk 4 ayında 10,8 milyon ABŞ dolları təşkil edib.
2025-ci ilin eyni dövründə bu göstərici 7,9 milyon ABŞ dolları idi. Beləliklə, “MORS TRADING”in ixracı 2,9 milyon dollar və ya 36,7% artıb.
Nəticədə şirkət qeyri-neft ixracında artım nümayiş etdirən özəl ixracatçılar sırasında yer alıb.
“Mors Trading" MMC-nin saytında verilən məlumata görə, Şirkət “Azərsun Holdinq” şirkətlər qrupuna daxildir: "Şirkətimiz “Azərsun Holdinq” şirkətlər qrupuna aid müəssisələrdə istehsal edilən məhsulların ixracı ilə məşğuldur. “Azərsun Holdinq” şirkətlər qrupuna aid 30-a yaxın zavodda çay, yağ, konserv, duz və digər məhsullar istehsal edilir".