EN

Mikayıl Cabbarov: "ABŞ-la bu sahədə qarşılıqlı olaraq qazanacağımız çox şey var"

Azərbaycanla ABŞ arasında əməkdaşlıqda kritik minerallar sahəsində çox güclü potensial var.

Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov l Azərbaycan-ABŞ İqtisadi Dialoquna həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu potensial təkcə bu gün Azərbaycanda artıq hasil edilən kritik minerallarla məhdudlaşmır, həm də birgə yeni kəşfiyyatların aparılmasını, növbəti mərhələ olan emal müəssisələrinə diqqət yetirilməsini və təcrübə mübadiləsini əhatə edir: "Hesab edirəm ki, bu sahədə əməkdaşlığın gücləndirilməsindən qarşılıqlı olaraq qazanacağımız çox şey var".

Chosen
18
9
publika.az

10Sources