EN

Bakıda “Kibertəhdidlər və görünməz hücumlardan qorunma üzrə maarifləndirmə” təlimi keçirilib

30 may 2026-cı il tarixində Bakı şəhərində “Kibertəhdidlər və görünməz hücumlardan qorunma üzrə maarifləndirmə” layihəsi çərçivəsində ilk təlim keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi vətəndaşların kibertəhlükələr barədə məlumatlandırılması və rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirmənin artırılmasıdır.

Tədbirin açılışında çıxış edən layihə rəhbəri Samir Həsənov informasiya təhlükəsizliyinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, internet istifadəçiləri gündəlik həyatda müxtəlif kiberdələduzluq halları və kiberhücumlarla qarşılaşırlar.

[“Kibertəhdidlər və görünməz hücumlardan qorunma üzrə maarifləndirmə” layihəsinin birinci təlimi]

“Bu gün kiberdələduzluq halları sürətlə artsa da, ölkənin Milli Kibertəhlükəsizlik İndeksində 21 pillə irəliləyərək 52-ci yerdən 31-ci yerə yüksəlməsi müsbət göstəricidir. Bu fondda maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədəuyğun hesab olunur”, – deyə Samir Həsənov bildirib.

Layihə rəhbəri çıxışında kibercinayətkarların artıq süni intellekt texnologiyalarından istifadə etməklə hücum metodlarını daha da təkmilləşdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

[“Kibertəhdidlər və görünməz hücumlardan qorunma üzrə maarifləndirmə” layihəsinin birinci təlimi]

Daha sonra layihənin eksperti Yusif Süleymanlı iştirakçılar üçün təqdimatla çıxış edib. Təlim zamanı kibertəhlükəsizlik anlayışı, fişinq hücumları (email, SMS və zəng fişinqi), zərərli proqramlar (virus, ransomware, trojan və spyware), güclü şifrələrin yaradılması, iki faktorlu doğrulama (2FA), ictimai Wi-Fi şəbəkələrinin riskləri və rəqəmsal təhlükəsizlik qaydaları barədə məlumat verilib.

[“Kibertəhdidlər və görünməz hücumlardan qorunma üzrə maarifləndirmə” layihəsinin birinci təlimi]

Ekspert tərəfindən hazırlanmış 8 slayddan ibarət interaktiv kibertəhlükəsizlik dərsi təqdim olunub. Təlim çərçivəsində iştirakçılar üçün bilik testi keçirilib, real nümunələr üzərindən müzakirələr aparılıb və kibertəhdidlərdən qorunma üsulları izah edilib. Tədbir iştirakçıların suallarının cavablandırılması və yekun xülasə ilə başa çatıb.

Chosen
27
sabahinfo.az

1Sources