EN

Kaleb Orr: ABŞ və Azərbaycan dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalayıb

ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülhə sadiqliyi və Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişlərinin imzalanmasına şərait yaradıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"ABŞ-nin özəl sektor nümayəndələri ilə SOCAR arasında xeyli sayda kommersiya sazişlərinin (1 iyun - red.), eləcə də bu gün burada İqtisadiyyat Nazirliyi ilə əlavə kommersiya sazişlərinin imzalanmasının şahidi olmaq mənim üçün çox xoş idi", - o qeyd edib.

K.Orrun sözlərinə görə, bu səfər çərçivəsində bağlanmış kommersiya sazişlərinin ümumi həcmi 8 milyard dolları ötür:

"Bütün bunlar Prezident Donald Trampın bu regionda sülh işinə tarixi sadiqliyi və Prezident İlham Əliyevin liderliyi sayəsində mümkün olub".

Chosen
40
far.az

1Sources