EN

​Tarkan üçün 300 min insan növbəyə durdu

Türkiyə estradasının əfsanəsi Tarkanın paytaxt Ankarada keçirilməsi planlaşdırılan konserti ölkədə görünməmiş marağa səbəb olub.
Metbuat.az xəbər verir ki, pop ulduzun pulsuz təşkil olunacaq möhtəşəm şousu üçün ayrılan biletlər onlayn platformada satışa çıxarılan andan etibarən böyük izdiham yaşanıb. Biletlərin əldə edilməsi üçün sistemin aktivləşdirilməsi ilə eyni anda təxminən 300 min insan onlayn növbəyə daxil olub və bu yüksək tələb rəqəmsal platformalarda qısamüddətli texniki fasilələrə yol açıb. Təşkilatçılar tərəfindən verilən açıqlamaya görə, konsertdə hər hansı bir sıxlığın və xaotik vəziyyətin yaranmaması məqsədilə xüsusi dəvətnamə sistemi tətbiq olunub. İzləyicilər onlayn növbə sisteminə əsasən biletlərini rəsmiləşdiriblər və uğurlu əməliyyatdan sonra SMS və e-poçt vasitəsilə məlumatlandırılıblar. Pulsuz biletlərin bir göz qırpımında tükənməsi sənətçinin hələ də kütlələr üzərindəki böyük təsir gücünü növbəti dəfə təsdiqləyib.

Qeyd edək ki, iyunun 5-də Ankaradakı Başkent Millət Baxçası konsert meydanında baş tutacaq musiqi gecəsinin qapıları saat 17:00-da pərəstişkarların üzünə açılacaq. Tarkan saat 21:30-da səhnəyə çıxacaq.

Chosen
46
metbuat.az

1Sources