EN

ABŞ Azərbaycanla birgə süni intellekt texnologiyalarının tətbiqini genişləndirəcək

Azərbaycanın rəqəmsal infrastrukturunu modernləşdirmək və təhlükəsiz saxlamaq, Amerika süni intellekt texnologiyalarının daha geniş tətbiqi üçün yol müəyyən edilib.

Bunu ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat brifinqində bildirib.

O, süni intellektin görünməmiş rifahı təmin etmək potensialını nəzərə alaraq, Azərbaycanın rəqəmsal infrastrukturunu modernləşdirmək və təhlükəsiz saxlamaq, Amerika süni intellekt texnologiyalarının daha geniş tətbiqi üçün bir yol müəyyən edildiyini bildirib.

Orr həmçinin qeyd edib ki, tərəflər enerji sektorunda əməkdaşlığı və dünən imzalanmış vacib minerallar çərçivə sazişinin həyata keçirilməsi yollarını müzakirə ediblər.

"Bugünkü dialoq zamanı müəyyən edilmiş və müzakirə edilən layihələrin və planların həyata keçirilməsini, eləcə də ikitərəfli iqtisadi münasibətlərimizi daha da gücləndirmək və yüksəltmək üçün yeni imkanların yaranmasını səbirsizliklə gözləyirəm" - deyə ABŞ Dövlət Katibinin köməkçisi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
olaylar.az

1Sources