EN

“Fars”: İranla ABŞ arasında mesaj mübadiləsi dayandırılıb

İranla ABŞ arasında ilkin memorandum layihəsinə dair mesaj mübadiləsi bir neçə gündür dayandırılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ Prezidenti ötən gecə danışıqların yüksək sürətlə davam etdiyini iddia etsə də, İranın Vaşinqtona son mesajı Livanla bağlı açıq mövqe daşıyıb və mesaj mübadiləsi dayandırılıb.

Qeyd edək ki, İran bir gün əvvəl İsrailin Beyruta hücumunu atəşkəsin pozulması kimi qiymətləndirəcəyini və buna cavab verəcəyini bəyan edib.

Chosen
47
4
apa.az

5Sources