EN

Rzabek Artıqaliyev: Orta Dəhliz region ölkələrinin iqtisadi sabitliyini təmin edir

Bakı, 2 iyun, AZƏRTAC

Orta Dəhliz bizim üçün çox əhəmiyyətli marşrutdur. Bu dəhliz vasitəsilə şirkətlərimiz Avropa ilə ticarət əlaqələrini inkişaf etdirir. Bununla yanaşı Orta Dəhliz Qazaxıstana ticarət marşrutlarını şaxələndirmək imkanı verib ki, bu da bugünkü geosiyasi vəziyyətdə olduqca mühüm xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan “Nəqliyyat Dəhlizlərinin inkişafı: Şimal-Cənub və Orta dəhliz” mövzusundakı panel iclasında çıxışı zamanı “PetroCouncil” Neft və Qaz Şurasının (Qazaxıstan) Rəyasət Heyətinin sədri Rzabek Artıqaliyev deyib.

Onun sözlərinə görə, 2026-cı ildə Orta Dəhlizlə 1,3 milyon ton neft ixrac edilib.

“Həmin dövrdə isə Çinə neft ixracı 1,1 milyon ton həcmində olub. Bu, bizim nəqliyyat marşrutlarının diversikasiyası nəticəsində əldə olunub. Rusiya ilə Ukrayna arasında davam edən münaqişə və İrandakı vəziyyət şimal və cənub marşrutlarını çox təhlükəli vəziyyətə gətirib. Orta Dəhliz təhlükəsiz olması ilə yanaşı zaman baxımından da daha səmərəlidir və nəqliyyat xərcəlinin azalmasına səbəb olur. Məhz Orta Dəhliz vasitəsilə Qazaxıstan şirkətləri Almaniyaya polimer ixrac edərək Avropa bazarında yer tuta biliblər. Xəzər regionu geosiyasi və coğrafi baxımdan əhəmiyyətli olduğu üçün dünya dövlətlərinin diqqət mərkəzindədir. Bu regiondan keçən nəqliyyat marşrutları təkcə neft və neft məhsulları deyil, Asiya ilə Avropa arasında digər məhsulların da ticarətinə stimul verir. Qazaxıstan artıq Xəzər Neft Boru Kəməri ilə yanaşı, enerji resurslarını Orta Dəhlizlə də ixrac edərək iqtisadi üstünlük əldə edib”, - deyə Rzabek Artıqaliyev vurğulayıb.

Chosen
17
1
azertag.az

2Sources