EN

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf SLB şirkətinin icraçı vitse-prezidenti Stiv Qassen ilə görüşüb.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Bakı Enerji Həftəsinin beynəlxalq enerji məsələlərinin müzakirəsi, əməkdaşlıqların qurulması və inkişafı, eləcə də müasir texnoloji yeniliklərin təqdimatı, təcrübə mübadilələrinin aparılması baxımından mühüm platformaya çevrildiyi məmnunluqla qeyd olunub.

Söhbət zamanı SOCAR ilə SLB arasında əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi imkanları, rəqəmsallaşma, hasilat əməliyyatlarının optimallaşdırılması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
7
azertag.az

8Sources