EN

“Bəzi oyunlar olurdu ki, baxa bilmirdim, televizoru söndürürdüm”

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Karvan-Yevlax” Misli Premyer Liqasında mövsümü sonuncu – 12-ci sırada bitirdi və elitanı tərk etdi.

Komandanın kapitanlarından Vadim Abdullayev “Futbolpress.az“a açıqlamasında sezonla bağlı fikirlərini bölüşdü:

“Hər futbolçu üçün çətin anlardır. Liqanı tərk etmək məyusedicidir. Son turlarda yaxşı nəticələr qazanırdıq, amma artıq gec idi. Əvvəldən itirilən xalların ağrısını yaşadıq. Son oyunlar emosional alınırdı, yerli futbolçular çox oynamağa başladı və döyüşkənlik özünü göstərdi. Kaş, əvvəldən də belə olardı”.

Təcrübəli futbolçu çempionatda limitin ləğv olunmasının yaratdığı müsbət və mənfi məqamlardan danışdı:

“Limitin ləğvinə görə çempionatın tempi qalxıb, amma real olaq, güclü kollektivlərdə ancaq legionerlər meydanda olurdu. İnanın, bəzi oyunlar var idi ki, baxa bilmirdim, televizoru söndürürdüm. Ancaq əcnəbi, ancaq əcnəbi. Hansısa klub bir yerli oyunçunu üzə çıxarmadı. Legionerlər var ki, yaxşı pula gəlir və keyfiyyəti qaldırır. Amma nə qədər də əcnəbi var ki, heç I Liqa səviyyəsində deyil. Onlar öz futbolçularımızın da qarşısını aldılar. Bu, üzücü haldır.

Öz komandamızda belə neqativ halların şahidi olduq. Yekunda yenə də yerli oyunçuları pis adlandırdılar. Hamı oynamaq istəyir… Bu gün həqiqətən, legionerin səviyyəsi yerlidən üstündürsə, oynamaq haqqıdır. Lakin elə vəziyyət yaranıb ki… Düşünə bilmirdim ki, bu legioner necə gəlib Azərbaycanda futbol oynaya bilir? Limitin yaxşı tərəfləri olduğu kimi, pis tərəfi də var. Mənə görə, yerli oyunçular üçün çox pis haldır”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
futbolpress.az

1Sources