“Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandasından birində məşqçi dəyişikliyi yaşanacaq.
U-16-nin baş məşqçisi Rauf Əliyevin “Şəfa”ya üz tutmasından sonra boş qalmış vəzifəyə yeni baş məşqçi təyin olunacaq.
"Qarabağ”ın keçmiş futbolçusu Emin İmaməliyev məşqçilik karyerasını vaxtilə top qovduğu klubda davam etdirəcək.
45 yaşlı mütəxəssisə U-16 komandas həvalə olunacaq. Tərəflər bu barədə müzakirə edəndən sonra razılıq əldə olunub.
Emin İmaməliyevin sonuncu iş yeri Azərbaycanın U-17 millisi olub. O, burada Aqil Nəbiyevin köməkçisi kimi fəaliyyət göstərib.
Millimizin də şərəfini qorumuş cinah yarımmüdafiəçisi 2009-2012-ci illər aralığında “köhlən atlar”ın uğurları üçün tər töküb.
HƏBİB / SPORTİNFO.AZ