Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) 3 iyun tarixindən etibarən Ermənistandan nar;n, badımcanın, kartofun və quru meyvələrin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edir.
"Unikal" xəbər verir ki, bundan əlavə, bu məhsulların AİB üzv dövlətlərinə tranziti qadağan edilib. Çünki bu dövlətlər tərəfindən karantin məhsullarının qəbulunu təsdiqləyən mexanizmlər yoxdur.
Göndərilən malların təhlükəsizliyini təmin etmək üçün müvafiq alqoritm hazırlanana qədər məhdudiyyətlər qüvvədə olacaq.