EN

Gənc avarçəkənlərimizin hamısı Qazaxıstanda medal qazanıb

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqata başa çatıb.

Hafta.az bildirir ki, yarışa 4 nəfərlik heyətlə yollanan komandamızın bütün üzvləri medal qazanmağı bacarıb.

İkinəfərlik kanoe qayığında mübarizə aparan Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşlərdə 3-cü yer tutublar.

İkinəfərlik kayak qayığında mübarizə aparan Sənan Cəfərzadə və Tahir Mövsümov cütlüyü 500 metr məsafədə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Sənan və Tahir 200 metr məsafəyə yarışlarda gümüş medala layiq görülüblər.

Chosen
30
1
hafta.az

2Sources