ain.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Zabrat yolunda bir qrup moped sürücüsünün təhlükəli hərəkətləri digər hərəkət iştirakçıları üçün ciddi qəza riski yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Görüntülərdə moped idarə edən gənclərin intensiv nəqliyyat axınına məhəl qoymadan təhlükəli manevrlər etdiyi əks olunub. Belə ki, onlar avtomobillərin arasından ziqzaqvari şəkildə keçərək qoşa xəttin üzəri ilə hərəkət edib, qarşı istiqamətdən gələn nəqliyyat vasitələri üçün də təhlükəli vəziyyət yaradıblar.
Kadrlardan həmçinin görünür ki, sürücülərin əksəriyyəti təhlükəsizlik dəbilqəsindən istifadə etməyib. Bundan başqa, mopedlərin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi də diqqət çəkib.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, mopedi idarə edən şəxslər digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol nişanlarının, nişanlanma xətlərinin və təhlükəsizlik qaydalarının tələblərinə əməl etməyə borcludurlar. Dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsinin idarə edilməsi, eləcə də qarşı hərəkət zolağına çıxaraq təhlükə yaratmaq inzibati məsuliyyət yaradan hallar hesab olunur.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.