EN

İlandağ yazısı deşifrə edildi

İlandağ yazısı təxminən 30 il əvvəl elm aləminə məlum olub. İlk dəfə Sovet dövründə bölgədə çalışan geoloqlar bu abidə barədə Elmlər Akademiyasına məlumat veriblər.

Publika.az xəbər verir ki, bu barədə tarix elmləri doktoru, professor Vəli Baxşəliyev "Report"a müsahibədə verib.

O deyib ki, yazının öyrənilməsi üçün materiallar İtaliyaya göndərilib və burada aparılan tədqiqatlar nəticəsində mətn deşifrə edilərək oxunub.

Məlum olub ki, kitabə Naxçıvana şimal istiqamətindən yürüş edən Urartu hökmdarları ilə bağlıdır.

"Yazıda Urartu hökmdarı İşpuni və sonradan hökmdar olan oğlu Menuanın adları çəkilir. Mənbədə qeyd olunub ki, onlar Ərəzin kəndindən keçərək, həmin dövrdə Arşin adlandırılan ərazi vasitəsilə Araz çayını adlayıb Pluadi ölkəsinə gediblər. Burada tanrı Xaldinin və hökmdarın xanımının şərəfinə qurbanlar təqdim ediblər".

Chosen
21
8
publika.az

9Sources