EN

Dortmundda silahlı şəxs iki uşağı girov götürüb

Polis əməliyyatı genişlənib, xüsusi təyinatlılar və danışıqlar qrupu hadisə yerinə cəlb olunub...

Poliqon xəbər verir ki, Almaniyanın Dortmund şəhərində naməlum şəxs iki uşağı girov götürüb. Bild nəşrinin məlumatına görə, hadisə şəhərin Hehsten rayonunda baş verib.

Məlumata əsasən, şübhəli şəxs restoranda insanlara hücum edərək onları döyüb və gözyaşardıcı qaz istifadə edib. Daha sonra o, hadisə yerindən qaçaraq yaxınlıqdakı yaşayış binasına sığınıb və burada iki uşağı girov götürüb.

Hadisə yerinə gələn polis qüvvələri ilə qarşıdurma zamanı şübhəli şəxsin atəş açdığı və bir polis əməkdaşını yaraladığı bildirilir.

Hadisə ilə bağlı əraziyə Almaniya polisinin xüsusi təyinatlı dəstələri göndərilib. Əməliyyat qrupuna danışıqlar aparan mütəxəssislər də daxildir. Bildirilir ki, onlar artıq şübhəlinin gizləndiyi binaya daxil olub və əsas məqsəd uşaqların təhlükəsiz şəkildə azad olunması və şəxsin təslimə razı salınmasıdır.

Hüquq-mühafizə orqanları əməliyyatın gedişi barədə əlavə detalları təhlükəsizlik səbəbilə açıqlamır.

Poliqon.info

Chosen
44
2
poliqon.info

3Sources