EN

İspaniya Ebola səbəbindən yoldaşlıq oyununu ləğv etdi

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İspaniya hökuməti Ebola virusu ilə bağlı narahatlıqlara görə Konqo Demokratik Respublikası ilə Çili arasında keçiriləcək yoldaşlıq oyununu ləğv edib.

"Unikal" xəbər verir ki, müvafiq əmri İspaniyanın cənubundakı La Linea de la Konsepcon şəhərinin meri Xuan Franko imzalayıb. O bunun ehtiyat tədbiri olduğunu və Əndəlüs regional hökumətinin səhiyyə xidmətinin tövsiyələrinə əməl etdiyini bildirib.

"La Linea Bələdiyyəsinin səhiyyə xidməti rəhbərinin hesabatı, mümkün sağlamlıq risklərini nəzərə alaraq, matçı qəti şəkildə rədd edir", - deyə Franko bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
unikal.az

2Sources