EN

Millimiz Avropa çempionatında yarımfinala yüksəlsi

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4 finalda Çexiya seçməsi ilə qarşılaşıb. "Tipos Arena"da oynanılan görüş komandamızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, millimiz yarımfinala vəsiqə qazanıb.

Azərbaycan seçməsi 1/2 finalda Serbiya ilə üz-üzə gələcək. Görüş bu gün təşkil olunacaq.

Chosen
19
4
publika.az

8Sources