EN

Bozarmış ağ paltarları qar kimi edən 75 qəpiklik üsul

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağ paltarlar qarderobun ən zərif, həm də qulluğu ən çətin olan hissəsidir. Bəyənilərək alınan qar kimi ağ köynəklər və ya yataq dəstləri bir neçə yuyulmadan sonra parıltısını itirir, bozarır və ya saralır. Paltaryuma mütəxəssisi Deyan Dimitrov baha başa gələn kimyəvi ağardıcılardan istifadə etmək əvəzinə, mətbəxdəki ucuz vasitələrlə geyimləri ilk günkü halına qaytarmağın yollarını açıqlayıb.Demokrat.az xəbər verir ki, mütəxəssis ağ paltarların ömrünü uzatmaq və rəngini canlandırmaq üçün adi duzdan istifadə etməyi məsləhət görür. Paltarların zamanla bozarmasının əsas səbəbi parça liflərinin dərinliyinə çökən gözəgörünməz çirklərdir. Bunun qarşısını almaq üçün geyimləri yumazdan əvvəl duzlu suda saxlamaq lazımdır.Soyuq su ilə doldurulmuş ləyənə beş xörək qaşığı duz əlavə edib bozarmış paltarları bu suda ən azı bir saat saxlamaq lazımdır. Duz parçaya nüfuz edən çirki həll edərək onu təmizlənməyə hazır vəziyyətə gətirir. İnadkar ləkələr üçün isə duzu su ilə qarışdırıb sıyıq halına salmaq və ləkəli hissəyə sürtmək olar. Bu yarım saat qaldıqdan sonra paltarı adi qaydada yumaq lazımdır.Təbii turşular da ağ rəngi bərpa etməkdə böyük rol oynayır. Yuma zamanı maşına yarım stəkan limon şirəsi əlavə etmək parçaya zərər vermədən sarı və boz tonları yox edir. Çətin ləkələr üçün isə bir hissə limon şirəsini iki hissə su ilə qarışdırıb geyimi bu məhlulda 10 dəqiqə saxlamaq, sonra orqanik yuyucu tozla yumaq kifayətdir.Limona alternativ olaraq ağ sirkədən də yararlanmaq mümkündür. Üç litr suya 250 ml ağ sirkə töküb köhnəlmiş ağları bu suda saxlamaq liflərdəki yuyucu toz qalıqlarını təmizləyir və təbii ağlıq bəxş edir. Daha çətin ləkələr üçün isə 180 qram soda ilə 100 ml ağ sirkəni qarışdırıb süngərlə ləkəyə sürtmək olar. Lakin sirkə paltaryuyan maşının rezin hissələrinə ziyan vurduğu üçün geyimlər maşına qoyulmazdan əvvəl mütləq yaxşıca yaxalanmalıdır.Ən təbii və pulsuz ağartma üsulu isə qurutma prosesidir. Paltarları qurutma maşınına atmaq əvəzinə birbaşa günəş işığı düşən yerdən asmaq lazımdır. Günəşin ultrabənövşəyi şüaları parçadakı rəng piqmentləri ilə reaksiyaya girərək əlavə ağlıq effekti yaradır.Yəni, bozarmış və saralmış ağ paltarları kimyəvi maddələr olmadan ağartmaq üçün onları yuyulmazdan əvvəl duzlu və ya sirkəli suda saxlamaq, yuyarkən limon şirəsindən istifadə etmək və günəş altında qurutmaq kifayətdir.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
demokrat.az

2Sources