EN

ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiya tətbiq edib

Bakı, 3 iyun, AZƏRTAC

ABŞ Maliyyə Nazirliyi İranın dörd kriptovalyuta birjasına qarşı sanksiyalar tətbiq edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, məhdudiyyətlər “Nobitex”, “Wallex”, “Bitpin” və “Ramzinex” platformalarını əhatə edir. ABŞ hakimiyyət orqanlarının iddiasına görə, bu birjalar beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə istifadə olunub.

Maliyyə Nazirliyinin məlumatına əsasən, “Nobitex” 2025-ci ildə İranın rəqəmsal aktiv əməliyyatlarının yarıdan çoxunu, o cümlədən İran Mərkəzi Bankı və İslam İnqilabı Keşikçiləri Korpusuna aid əməliyyatları həyata keçirib.

Bundan əlavə, “Nobitex”in təsisçiləri və rəhbərliyi arasında yer alan dörd İran vətəndaşı da sanksiyalar siyahısına daxil edilib.

Chosen
94
2
azertag.az

3Sources