EN

Ebola müayinə mərkəzləri yaradacaqlar

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı il FIFA Dünya Çempionatı ərəfəsində ABŞ-nin sərnişin axınının yüksək olduğu bəzi hava limanlarında Ebola ilə bağlı xüsusi müayinə mərkəzləri yaradılacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin “Medicare” və “Medicaid” Xidmətlərinin rəhbəri, həkim Mehmet Öz Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iyunun 11-də start götürəcək turnir zamanı ölkəyə gələn xarici qonaqların sayının kəskin artacağı gözlənilir. Bu səbəbdən ABŞ hökuməti mümkün sağlamlıq risklərinin qarşısını almaq üçün əlavə tədbirlər hazırlayıb.

Mehmet Öz bildirib ki, Ebola virusuna qarşı mübarizə məqsədilə ətraflı fəaliyyət planı hazırlanıb və sərhəd-keçid məntəqələri ilə hava limanlarında nəzarət mexanizmləri gücləndiriləcək.

O qeyd edib ki, ABŞ Milli Səhiyyə İnstitutları xəstəliyin monitorinqi və profilaktikası istiqamətində intensiv fəaliyyət göstərir. Məqsəd DÇ zamanı hər hansı epidemioloji təhlükənin yaranmasının qarşısını almaqdır.

Qeyd edək ki, son dövrlərdə Afrikanın bəzi bölgələrində Ebola virusunun yenidən alovlanması bir sıra ölkələri əlavə ehtiyat tədbirləri görməyə sövq edib. Ebola yüksək ölüm riski daşıyan virus xəstəliyidir və hemorragik qızdırmaya səbəb olur. Xəstəlik ilk dəfə 1976-cı ildə Sudan və Konqo Demokratik Respublikası ərazilərində qeydə alınıb. Virus adını Konqo Demokratik Respublikasındakı Ebola çayından alıb. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leone ərazilərində baş vermiş genişmiqyaslı epidemiya zamanı 30 mindən çox insan virusa yoluxub, 11 mindən artıq şəxs həyatını itirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
60
4
qafqazinfo.az

5Sources