EN

İran ABŞ hədəflərinə zərbələr endirdiyini açıqlayıb

Bakı, 3 iyun, AZƏRTAC

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin son hücumlarına cavab olaraq Yaxın Şərqdəki bəzi hədəflərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

Məlumata görə, İran tərəfi Qəşm adasına və İranla əlaqəli tankerlərdən birinə endirilən zərbələrə cavab olaraq ABŞ-lə əlaqələndirilən “Panaya” ticarət gəmisinə raket hücumu həyata keçirib. Həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının komandanlıq mərkəzi və Yaxın Şərq ölkələrindən birində yerləşən Amerika hərbi bazasının da hədəf alındığı bildirilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı İranın Qəşm adasına və Xark adasına istiqamətlənən İranla əlaqəli tankerə zərbələr endirildiyini açıqlamışdı.

Chosen
30
6
azertag.az

7Sources