İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin hücumlarına cavab olaraq Yaxın Şərqdəki Amerika obyektlərinə və bir ticarət gəmisinə raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Press TV" telekanalı yayıb.
Məlumata əsasən, İran hərbçiləri Qeşm adasına və İrana məxsus tankere edilən hücumların qisası olaraq, ABŞ ilə əlaqəli "Panaya" gəmisinə gəmiəleyhinə raketlə zərbə endiriblər.
Bununla yanaşı, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Əməliyyat Donanmasının komanda mərkəzi və Yaxın Şərq ölkələrindən birində yerləşən Amerika bazası da SEPAH-ın hücumuna məruz qalıb.
"Biz daha əvvəl xəbərdarlıq etmişdik ki, hər hansı bir təcavüz baş verərsə, cavabımız fərqli və daha sərt olacaq. İndi biz məhz bu şəkildə hərəkət etdik. Bu zərbələr hər kəs üçün bir dərs olmalıdır", - deyə SEPAH-ın bəyanatında bildirilir.
Musavat.com