EN

Toyuq tantuni resepti

ain.az, Milli.az saytına istinadən bildirir.

İncə-incə doğranmış toyuq ətinin yüksək atəşdə ədviyyatlarla qovrulduğu toyuq tantuni resepti praktiki hazırlanması və zəngin ətri ilə küçə ləzzətlərini evdə dadmaq istəyənlərin ən sevdiyi təamlar sırasındadır. Lavaş arasında təqdim edilən isti toyuq içliyi pomidor, soğan və cəfəri ilə birləşərək olduqca doyumlu bir ləzzət yaradır. 

Milli.Az lazım olan ərzaqları təqdim edir:

600 qram toyuq sinəsi (file)

2 xörək qaşığı duru yağ

1 ədəd baş soğan

2 ədəd pomidor

Yarım dəstə cəfəri

2 diş sarımsaq

1 çay qaşığı pul bibər

1 çay qaşığı kimyon (cirə)

1 çay qaşığı qara istiot

1 çay qaşığı duz

4 ədəd lavaş

Hazırlanması

Toyuq sinəsini xırda və incə tikələr halında doğrayın.

Tavanı yüksək atəşdə qızdırın və duru yağı əlavə edin.

Toyuqları tavaya töküb, suyunu salıb yenidən çəkənə qədər qovurun.

Əzilmiş sarımsağı və ədviyyatları əlavə edərək bir neçə dəqiqə də qovurmağa (sote etməyə) davam edin.

Soğanı incə, aypara şəklində (piyazlıq) doğrayın. Pomidorları xırda kubiklər halında kəsin. Cəfərini incə-incə qıyın.

Lavaşları qısa müddət tavada isidin.

Hazırladığınız isti toyuq içliyini lavaşların ortasına yerləşdirin.

Üzərinə doğranmış soğan, pomidor və cəfəri əlavə edin.

Lavaşları bükərək isti şəkildə servis edin. Nuş olsun!

Toyuqların xırda və incə doğranması qısa müddətdə bərabər bişməsini təmin edir.

Tavanı yüksək atəşdə saxlamaq tantuniyə özünəməxsus xarakterik ləzzət qazandırır.

Ədviyyatların son mərhələdə əlavə olunması onların ətrinin daha aydın hiss edilməsinə kömək edir.

İçliyin həddindən artıq sulu olmaması lavaşın yumşalıb dağılmasının qarşısını alır.

Toyuq sinəsi əvəzinə toyuğun bud ətindən istifadə edərək daha yumşaq bir tantuni hazırlaya bilərsiniz.

İçliyə yaşıl bibər əlavə edərək daha zəngin tərəvəzli dad əldə etmək mümkündür.

Süfrəyə verərkən üzərinə limon şirəsi sıxmaq yeməyə daha təravətli bir dad bəxş edir.

Yanında sarımsaqlı qatıq və ya soyuq ayran ilə birlikdə möhtəşəm bir təqdimat hazırlaya bilərsiniz.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
news.milli.az

1Sources