EN

Biləsuvarda yük maşınları bir-birinə çırpıldı - Ölən var

Biləsuvar ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistral avtomobil yolunun rayon keçən hissəsində baş verib.

İlkin məlumata görə, eyni istiqamətdə hərəkətdə olan iki kiçik tutumlu yük avtomobili toqquşub. Belə ki, arxadan gələn yük avtomobili qarşıda hərəkət edən digər yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

"Cebheinfo.az" 

Chosen
16
6
cebheinfo.az

8Sources