EN

Məhkəmə 7 yaşlı oğlunu öldürən azərbaycanlı qadınla bağlı qərar verdi

Xəbər verdiyimiz kimi, Gürcüstanın Bolnisi bələdiyyəsinin Dəmirli (Xaxalajvari) kəndində 7 yaşlı Fərrux Əhmədovun anası Sevtlana Əhmədova tərəfindən amansızlıqla qətlə yetirilib.

Xəbər verilir ki, Rustavi Rayon Məhkəməsi S.Əhmədova ilə bağlı qərar verib.

Hakimin qərarına əsasən, cinayətin amansızlığını və müttəhimin mövcud vəziyyətini nəzərə alaraq, onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Lakin o, penitensiar müəssisə yerinə xüsusi mühafizə olunan qapalı tipli tibb müəssisəsinə yerləşdiriləcək.

Məhkəmə prosesi zamanı dövlət ittihamçısı və müdafiə tərəfinin vəsatətləri dinlənilib. Saxlanıldıqdan dərhal sonra Svetlana Əhmədovanın keçdiyi ilkin tibbi-psixiatrik ekspertiza onun cinayət törədən zaman və hazırda ağır psixi böhran vəziyyətində olduğunu, öz hərəkətlərini idarə edə bilmədiyini üzə çıxarıb.

Məhz bu rəsmi rəyə əsasən, prokurorluq və vəkil onun təcrid olunma müddətini həbsxanada deyil, həkim nəzarəti altında keçirməsi barədə ortaq mövqedən çıxış ediblər.

Vəkilin müvəkkilini girov müqabilində azadlığa buraxmaq cəhdi isə hakim tərəfindən qətiyyətlə rədd edilib. İttiham olunan ana proses boyu susub və heç bir ifadə verməyib.

/Xeber.ge/


Chosen
4
azia.az

1Sources