Müəllif:Mehin Qasımova,Banco.az
Bazar kapitallaşması baxımından ən böyük iki kriptovalyutanın - "Bitcoin" və "Ethereumun" (ETH) qiymətləri azalır.
Banco.az xəbər verir ki, Binance-ın məlumatlarına görə, "Bitcoin" 6,38% azalaraq 66.402 dollara, "Ethereum" isə 8,08% azalaraq 1.840 dollara düşüb.
3 iyun tarixinə olan məlumata görə, kriptovalyuta bazarının ümumi kapitallaşması 2,29 trilyon dollar təşkil edib. Bitcoin-in 1,33 trilyon dolları (58,1%), Ethereum-un isə 222,53 milyard dolları (9,7%) təşkil edib.
Coinglass-ın məlumatlarına görə, qlobal kripto birjaları son 24 saat ərzində 277.000-dən çox treyderin 1,84 milyard dollar dəyərində mövqelərini ləğv edib. Ləğvlərin əksəriyyəti Bitcoin-də baş verib.
Likvidasiya olunan mövqelərin təxminən 1,66 milyard dolları uzun (long), 180,11 milyon dolları isə qısa (short) mövqelərin payına düşüb. Son sutka ərzində ən böyük likvidasiya əmri isə HTX birjasında qeydə alınıb və onun dəyəri 59,67 milyon dollar olub.