EN

“ABŞ bu strateji layihədən geri çəkilməyəcək” ŞƏRH

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Zəngəzur layihəsinin əngəllənmək ehtimalı yoxdur. ABŞ-la İran azasında başlayan son müharibə dönəmində bəzi ekspertlər bildirirdilər ki, TRIPP layihəsi arxa plana keçdi. Yəni münaqişənin davam etməsi belə strateji layihəni gündəmdən çıxaracaq”.

Bunu Gununsesi.info -ya açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:

“Hətta yaranmış situasiyadan istifadə edən Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Robert Köçəryan TRIPP layihəsinə etiraz etmişdi. O, mediaya açıqlamasında TRIPP xəttinin Azərbaycanın və Türkiyənin maraqlarına xidmət etdiyini bildirmişdi. Onunla bərabər Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanda oxşar sayıqlamalar etmişdi. Eyni mənbədən təlimatlar alan həmin zatıqırıq da bildirmişdi ki, hakimiyyətə gəlsələr, bu müqaviləyə yenidən baxacaqlar. İrandakı bəzi anti-Azərbaycan qüvvələrdə oxşar mövqeyi sərgiləmişdilər. Həmçinin Rusiyanın çirklənmiş teleməkanında da Zəngəzur layihəsi ilə bağlı qərəzli fikirlər tirajlanırdı. Amma, lakin Amerikanın belə strateji layihədən heç vəclə vaz keçməyəcəyi bəllidir.

Hakimiyyətdə Donald Tramp və yaxud qeyri bir şəxs olsa da, ABŞ-ın maraqları diktə edir ki, Azərbaycanla bərabər region üçün strateji əhəmiyyət kəsb edən layihədə iştirak etsin. Əslində bu layihə hamı üçün, hətta Rusiya üçün faydaldır. Amma Şimal qonşumuzun imperiya xəstəliyi ondan ibarətdir ki, Cənubi Qafqazı arxa bağçası hesab edərək, Zəngəzur dəhlizinə nəzarət etmək istəyir.Bu isə mümkünsüzdür. TRIPP layihəsi ilə bağlı ABŞ Dövlət katibi Mark Rubionun son fikirlərinə rast gəldim

O, Senatda xarici əlaqələr komitəsində dinləmələr zamanı deyib: “Hazırda bu işdə biz çox fəal iştirak edirik. Sözün əsl mənasında, Amerika eləcə də Ermənistan, Azərbaycan və digər regional ölkələrin xeyirinədir”. Bütün bunlar onu göstərir ki, heç bir qüvvə tərəfindən bu nəhəng marşrutun əngəllənmək ehtimalı yoxdur. ABŞ daxil olmaqla digər iştirakçı ölkələr də bu layihəyə davamlı dəstək göstərəcək”.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
2
icma.az

6Sources