EN

Lənkəranda avtomobil 51 yaşlı piyadanı vuraraq öldürüb

Lənkəran, 3 iyun, AZƏRTAC

Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə gecə saatlarında Lənkəran–Boradigah–Masallı magistral avtomobil yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən piyada, 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 51 yaşlı piyada hadisə yerində həyatını itirib.

Meyit daxili və xarici müayinədən keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir- İlkin Adıyev

Chosen
8
2
azertag.az

4Sources