EN

Teylor Svift "Oyuncaqların hekayəsi" seriyasının yeni filminə mahnı həsr etdi

Məşhur amerikalı müğənni Teylor Svift "Oyuncaqların hekayəsi 5" cizgi filmi üçün hazırladığı yeni mahnısının tezliklə yayımlanacağını açıqlayıb.

Kulis.az xəbər verir ki, sənətçi bu barədə öz sosial media hesabından açıqlama yayıb.

Svift sevincini izləyiciləri ilə bu sözlərlə bölüşüb:

"Təxmin etmişdiniz! "Disney" və "Pixar"ın "Oyuncaqların hekayəsi 5" filmi üçün hazırladığım yeni orijinal mahnım – "I Knew It, I Knew You" iyunun 5-də sizinlə olacaq."

14 "Qremmi" mükafatı laureatı olan sənətçi ilk filmi 1995-ci ildə yayımlanan "Oyuncaqların hekayəsi" seriyasının personajlarını uşaqlığından bəri çox sevdiyini xüsusi vurğulayıb.

Dünya miqyasında iyunun 17-dən etibarən kinoteatrlarda nümayiş olunacaq filmdə kovboy Vudi, Bazz Layter və onların oyuncaq dostları bu dəfə texnologiya ilə mübarizə aparacaqlar. Yeni hekayədə oyuncaqlar xüsusilə planşetlər kimi rəqəmsal cihazların yaratdığı sərt rəqabət qarşısında ayaq üstə qalmağa çalışacaqlar.

Chosen
28
2
kulis.az

3Sources