EN

Bakıda qadın kafenin sanitar qovşağında döyüldü — Get anan, bacınla...

Bakının Səbail rayonunda 31 yaşlı oğlan qadına xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 8-də rayonun Salyan yolu 10 ünvanında yerləşən “Era” kafesinin sanitar qovşağında baş verib.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Sərdar həmin gün gecə saat 23:50-də kafenin sanitar qovşağında şəxsi münasibətlərin pozulması zəminində onunla kafedə istirahət edən tanışı Səma (adlar şərtidir) ilə mübahisə edib. Bu zaman Sərdar qadının sifətinə yumruq zərbələri vuraraq ona alın nahiyəsindən xəsarətlər yetirib.

Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Sərdar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 8-də, saat 19:00-da tanıdığı Səma adlı xanıma zəng vuraraq “Era” kafesinə dəvət edib:

“Kafedə birlikdə yeyib-içdik. Təxminən saat 23:50-də Səma masadan qalxaraq sanitar qovşağa getdi. Mən də Səmanın arxasınca öz təbii ehtiyacımı ödəmək üçün sanitar qovşağa yollandım. Sanitar qovşağının qapısının önünə çatan zaman Səmanın oradan çıxdığını gördüm. Orada Səma mənimlə birlikdə sanitar qovşağa girməyimi istədi. Mən bunun düzgün olmadığını, onunla sanitar qovşağa girə bilməyəcəyimi dedim. Səmaya “məni ora cinsi əlaqədə olmağa çağırırsan?” deyə sual verdim. Bu sözüm Səmanı qəzəbləndirdi. O, mənə “get, ananla, bacınla cinsi əlaqədə ol” deyə bildirdi. Bu sözdən sonra Səmanın göz nahiyəsinə yumruq zərbəsi vuraraq ona xəsarət yetirdim”.

İş üzrə zərərçəkmiş Səmanın sözlərinə görə, dekabrın 8-də tanıdığı Sərdar adlı şəxsin dəvəti ilə 20-ci sahədə yerləşən “Era” kafesinə gedib:

“Kafedə Sərdarla bir neçə saat oturaraq yemək yeyib, spirtli içki qəbul etdik. Həmin vaxt kafedə olan tanışıma salam verdim. Buna görə Sərdar spirtli içkinin təsirində olduğu üçün mənimlə kobud rəftar etməyə başladı. Daha sonra saat 23:50-də əlimi yumaq üçün sanitar qovşağa getdim. Qapını açaraq içəri daxil olmaq istəyəndə Sərdar arxamca sanitar qovşağa girdi. Mən Sərdarı itələyib çölə çıxaran zaman o, məni döyərək xəsarət yetirdi. Mən zorla Sərdarın əlindən çıxaraq kafenin qarşısında avtomaşınıma əyləşdim və yaşadığım evə getdim”.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin qərarı tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Fariz Məlikli
Demokrat.az
Chosen
17
1
demokrat.az

2Sources