EN

Lənkəranda 51 yaşlı kişi faciəli şəkildə öldü

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə gecə saatlarında Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən piyada, 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 51 yaşlı piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
 

Chosen
16
2
unikal.az

4Sources