EN

Sankt-Peterburq OD İÇİNDƏ!354 PUA ilə Rusiyaya HÜCUM,neft terminalı yanır,aeroport İFLİC!TV Musavat

Rusiyanın Leninqrad vilayətinə PUA hücumu olub. Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Sankt-Peterburq şəhərində partlayış və yanğınlar baş verib.

Bundan başqa, Sankt-Peterburqdakı neft terminalının zərbələrdən sonra yandığı bildirilib.

Ukrayna iyunun 2-də öz şəhərlərinə Rusiyanın təşkil etdiyi və onlarla insanın ölümünə səbəb olan hücuma cavab olaraq ötən gecə Moskva və Sankt-Peterburqa dron zərbələri endirib.

Musavat.com xəbər verir ki, bu gündən Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin və çoxsaylı xarici qonaqların iştirakı ilə iqtisadi forum işə başlamalıdır. Putin üçün mühüm əhəmiyyətə malik tədbirə sayılı saatlar qalmış Sankt-Peterburqun hava limanları dron təhlükəsi səbəbindən fəaliyyətini dayandırıb. Eyni zamanda Sankt-Peterburq neft terminalına endirilən uğurlu zərbə nəticəsində böyük neft çənlərində yangın başlayıb.
Partlayışlar səhər tezdən davam edib və yanğın daha da yayılıb.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko səhər saat 6:00 radələrində Telegram-da bölgə üzərində 30 dron vurulduğunu bildirib.
Qeyd etmək lazımdır ki, dronlar çərşənbə axşamı Moskvaya da hücum edib. Moskva meri Sergey Sobyanin dəfələrlə dronların vurulması və təcili yardım xidmətlərinin zərbə yerlərində işi barədə məlumat verib.

Eyni zamanda, 3 iyun gecəsi dronlar Tambov vilayətindəki Proqress müdafiə zavoduna zərbə endirib.

Ötən gecə Rusiya regionları Ukrayna dronlarının ən böyük hücumlarından birinə məruz qalıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hava Hücumundan Müdafiə sistemləri Ukraynanın 354 təyyarə tipli PUA-sını vurub.

Dronların Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Orel, Pskov, Rostov, Smolensk, Tver və Tula vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krım Respublikası və Azov dənizi üzərində vurulduğu bildirilib.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.youtube.com/results?search_query=tv+musavat

Chosen
7
6
musavat.com

10Sources