BAKI, 3 iyun. TELEQRAF
İran sərhədləri və suverenliyinin bir qarışının belə pozulmasına səbəb olacaq istənilən təcavüz və ya addım dağıdıcı, sarsıdıcı və qətiyyətli cavabla qarşılanacaq.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qəşm adasına hücumla bağlı ABŞ və region ölkələrinə müraciətində bildirilib.
Bəyanatda qeyd olunub ki, cavab bütün qanun və sərhədlərdən kənar olacaq.
SEPAH həmçinin bildirib ki, vurub qaçmaq dövrü başa çatıb, İrana təcavüz edən qüvvələr etdiklərinin bədəlini ödəyəcəklər.