EN

İran Küveytdəki ABŞ bazalarını vurub

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İranın Qəşm adasına hücumuna cavab olaraq Küveytdəki ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazalara raket zərbələri endirdiyini bildirib.

Məlumatı “Anadolu” verib. 

ABŞ və İranın Hörmüz boğazında qarşılıqlı hücumlar etdiyi də bildirilir. Bununla bağlı bəyanatda deyilir: “Qəşm adasında İranın milli suverenliyinə qəsd edən Amerika qüvvələrinin açıq təcavüzünə cavab olaraq, SEPAH-ın aerokosmik qüvvələri Küveytdəki ABŞ hərbi bazalarına dəqiq və kütləvi raket zərbələri endirib”.

Məlumata görə, hücum nəticəsində bazalardakı hədəflər və ABŞ hərbçiləri üçün sığınacaqlar məhv edilib.

Bəyanatda ABŞ-a İrana qarşı hücumlar həyata keçirmək üçün ərazilərini və hava məkanlarını verən ölkələrə xəbərdarlıq da yer alır: “Qaçıb-vurma dövrü bitdi və təcavüzkarlar öz cəhalətlərinin və ehtiyatsız macəralarının dəhşətli nəticələri ilə üzləşməli olacaqlar”.

Daha əvvəl İran mediası Hörmüz boğazı yaxınlığındakı İrana məxsus Qeşm adasında partlayış səsləri eşitdiyini bildirmişdi. Bundan sonra Küveyt ordusu ölkə ərazisinin raket və pilotsuz təyyarə hücumlarına məruz qaldığını bildirib.

P.ƏMİRCANOV
XQ

Chosen
29
xalqqazeti.az

1Sources