EN

Makron milli komandanın düşərgəsində - Şəkil

style='margin-bottom:10px;'>

Fransa prezidenti Emmanuel Makron 2026-cı il dünya çempionatı öncəsi ölkə millisinin düşərgəsinə baş çəkib.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı həyat yoldaşı Bricit Makronla birlikdə komandanın Klerfontendə yerləşən məşq bazasında olub.

Fransa millisinin futbolçuları və məşqçilər korpusu prezident və birinci xanımla xatirə şəkli çəkdiriblər. Makron yığmaya qarşıdakı mundialda uğurlar arzulayıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Fransa millisi qrup mərhələsində Seneqal, İraq və Norveç yığmaları ilə qarşılaşacaq.

Chosen
16
1
teleqraf.com

2Sources