EN

Boliviyada siyasi böhran: İki nazir istefa verdi

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Boliviyada Prezident Rodriqo Pasın istefası tələbi ilə başlayan hökumət əleyhinə etiraz aksiyaları davam edir.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Pasın istefasını tələb edən nümayişlər bir aydan artıqdır ki, ölkənin müxtəlif bölgələrində davam etdiyi bir vaxtda hökumətdə iki mühüm istefa baş verib.

Bildirilir ki, inzibati paytaxt La Pas başda olmaqla bir sıra şəhərlərdə etiraz aksiyaları davam edərkən, təhsil naziri Beatris Qarsiya və müdafiə naziri Marselo Salinas vəzifələrindən istefa veriblər.

Qarsiya və Salinasın istefa səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib. Lakin bu addım Prezident Pasın siyasi mövqeyinin daha da zəiflədiyi ilə bağlı iddiaları gücləndirib.

Qeyd edək ki, Boliviyada son 40 ilin ən ağır iqtisadi böhranına qarşı keçirilən etiraz aksiyaları bir aydan artıqdır davam edir.

Etirazçılar Prezident Pasın istefasını tələb edərək La Pas başda olmaqla ölkənin müxtəlif şəhərlərində küçələrə çıxırlar.

Nümayişçilər bir sıra hallarda təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə üzləşiblər. 

Hökumətin istefasını tələb edən etirazçılarla hüquq-mühafizə orqanları arasında yaşanan qarşıdurmalar zamanı mayın 26-da bir nəfər həyatını itirib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
cebheinfo.az

2Sources