EN

Taleh Babayev: "Çexiyanın minifutbol millisi dünyanın ən güclü komandalarından biridir"

Çexiyanın minifutbol millisi dünyanın ən güclü komandalarından biridir.

Bu sözləri "Far.Az"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Taleh Babayev deyib.

O, Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında Çexiyanı 5:2 hesabı ilə üstələdikləri oyun haqqında fikirlərini bölüşüb:

"Çexiya ilə görüşə ciddi hazırlaşmışdıq. Dünyanın ən güclü komandalarından biridir. Hesab bizi aldatmasın. Həqiqətən yaxşı kollektivdir, əla heyətləri var. Qalibiyyət bizə nəsib oldu. Bu qələbəni Azərbaycan xalqına həsr edirik".

T.Babayev yarımfinaldaki rəqib Serbiyanın da güclü olduğunu vurğulayıb:

"Yarımfinalda da var gücümüzlə mübarizə aparacağıq. Finala vəsiqə qazanmaq istəyirik. Serbiya da güclü komandadır. Son Avropa çempionuna qarşı oynayacağıq. Bu qarşılaşmaya da ciddi köklənəcəyik. Xalqımızı sevindirmək niyyətindəyik".

Xatırladaq ki, Serbiya - Azərbaycan oyunu bu gün, saat 22:45-də "Tipos Arena"da keçiriləcək.

Chosen
35
1
far.az

2Sources