2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
News365.az xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər "Digital Login" əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, MİQ müsabiqəsində iştirak rüsumu 60 manatdır. Amma qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı alanlar, əlilliyi olanlar və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edirlər.
***
İyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi iyunun 10-u saat 11:00-dək davam edəcək.