EN

Qazaxıstan 15 minədək məhkuma amnistiya tətbiq etməyi planlaşdırır

Bakı, 3 iyun, AZƏRTAC

Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə əlaqədar 15 mindən çox məhkumun əfv olunması nəzərdə tutulur.

AZƏRTAC Qazaxıstanın Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini və Cəzaların İcrası Komitəsinin sədri Abay Kaiyrbekov məlumat verib. Onun sözlərinə görə, əfv 5 mindən çox həbsdə olan və 10 mindən çox probasiya nəzarətindəki şəxsi əhatə edə bilər. Əvvəlki əfv şərtlərini pozaraq təkrar cinayət törədən şəxslər isə bu prosesdən kənarda qalacaqlar.

Bildirilib ki, ötənilki əfv nəticəsində 2 mindən çox məhbus azadlığa buraxılıb, 15 mindən çox şəxsin isə cəza müddəti azaldılıb.

 

Chosen
21
2
azertag.az

3Sources