EN

Vitse-prezidentlikdən baş məşqçiliyə qayıdır? 

Növbəti mövsüm Azərbaycan I Liqasında mübarizə aparacaq “Karvan-Yevlax” baş məşqçi axtarışlarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə klubu yaxın günlərdə komandanın yeni baş məşqçisini açıqlayacaq. Bu posta ən real namizəd Kənan Kərimovdur. Təcrübəli mütəxəssis yenidən komandanın baş məşqçisi olmağa yaxındır.

Xatırladaq ki, Kərimov iki il öncə Azərbaycan I Liqasında Yevlax təmsilçisini çalışdırıb. Klub ötən mövsüm elitaya vəsiqə qazandıqdan sonra onu bu postdan uzaqlaşdırmışdı. Kənan Kərimov hazırda klubda vitse-prezident vəzifəsində çalışır.

Chosen
19
idmanxeber.az

1Sources