EN

UEFA qadağa qoydu: "Turan Tovuz" bəyanat yaydı

UEFA “Turan Tovuz” klubuna avrokuboklarda iştirak etmək qadağası qoyub.

Publika.az xəbər verir ki, buna səbəb klubun 7 futbolçusunun 2019-cu ildə oyun alqı-satqısına görə cəzalandırılması olub.

Klub bununla bağlı açıqlama yayıb:

“2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını (qərarın linki: //www.affa.az/ind…/news/ntizam-komitsinin-qrar/65952) əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb. Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu.

Chosen
32
48
publika.az

10Sources