EN

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb » AzadMedia.az


2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər "Digital Login" əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, MİQ müsabiqəsində iştirak rüsumu 60 manatdır. Amma qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı alanlar, əlilliyi olanlar və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edirlər.
Chosen
14
49
azadmedia.az

10Sources