EN

Qatil ömürlük həbs edildi, şəhər QARIŞDI: Tələbənin ölümü etirazlara SƏBƏB OLDU – FOTO

Britaniyanın Sauthempton şəhərində tələbənin qatilinə verilən hökmdən sonra iğtişaşlar baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Böyük Britaniyanın Sauthempton şəhərində ötən ilin dekabrında 18 yaşlı tələbə Henri Novakın qətlində təqsirli bilinən 23 yaşlı Vikram Diqvanın ömürlük həbs cəzasına məhkum edilməsi kütləvi etirazlara səbəb olub.

Hökm elan olunduqdan sonra min nəfərdən çox insan şəhərdə yürüş keçirərək qatilin ailəsinin yaşadığı evin qarşısına toplaşıb.

Nümayişçilər Novakın adını səsləndirib və onun ölümündən əvvəl dediyi “Nəfəs ala bilmirəm” ifadəsini şüar kimi qışqırıblar.

Aksiya zamanı vəziyyət gərginləşib və polislərə daş və fişənglər atılıb. Yürüşdə iştirak edən ultrasağçı fəal Tommi Robinson polisi ağ dərili insanlara “ikinci dərəcəli vətəndaş” kimi yanaşmaqda ittiham edib.

İğtişaşlara səbəb qətldən dərhal sonra polisin hərəkətləri olub.

Hadisə yerindən yayılan polis kamerasının görüntülərində məlum olub ki, ağır yaralanan Henri Novakın “məni bıçaqladılar” deməsinə baxmayaraq, polis “Düşünmürəm ki, bu belədir, dostum” cavabını verib.

Buna səbəb qatil Vikram Diqvanın polislərə zəng edərək özünü qurban kimi təqdim etməsi, tələbənin ona irqi zəmində təhqir etdiyini və türbanını cırdığını iddia etməsi olub.

Əslində isə, Vikram Diqva 21 santimetrlik mərasim bıçağı ilə tələbəyə beş ölümcül zərbə endirib və Henri Novak hadisə yerindəcə keçinib.

İctimaiyyət polisin hadisənin ilkin mərhələsində qatilin yalanlarına inanaraq qurbanın kömək çağırışına laqeyd qalmasını kəskin tənqid edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
45
interpress.az

1Sources