“Qarabağ”ın sabiq futbolçusu Jaba Dvali 41 yaşında vəfat edib.
Msport.az xəbər verir ki, onun ürək tutmasından öldüyü deyilir.
2014-cü ildə icarə əsasənda Ağdam klubunun şərəfini qoruyan Dvali 5 oyunda meydana çıxıb. O, karyerası ərzində Tbilisi “Dinamo”su, “Zestafoni”, “Daçiya” (Moldova), “Sioni” kimi klubların formasını geyinib.
Mərhum futbolçu Gürcüstan millisində 1 oyun keçirib.