EN

''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq

''Bayer-04'' və ''Beşiktaş''ın maraq dairəsində olmasına baxmayaraq sonda ''Monako''nun başına keçən Filipe Luis ilə bağlı maraqlı xəbər var.

Məsələ burasındadı ki, braziliyalı mütəxəssisin sahib olduğu lisenziya ona yalnız Cənubi Amerikada işləmək icazəsi verirmiş. Həmin lisenziya ilə Avropada işləmək olmaz. Sən demə Luisin ''Bayer-04''ə təyinatı məhz bu üzdən baş tutmayıbmış. Leverkuzen klubu bu məsələni UEFA ilə həll etməyə cəhd göstərsə də, istəyinə çata bilməyibmiş. ''Monako'' isə cərimə ödəmək bahasına da olsa, Filipe Luis ilə müqavilə imzalamağa razılıq verib.

Moneqasklar bu məşqçi ilə Fransa daxili turnirlərdəki hər oyuna görə 25 min avro cərimə ödəyəcəklər! Ən maraqlısı odu ki, ''Monako'' ardıcıl ikinci dəfədi, anlaşdığı məşqçi ilə bu cür problem yaşayır. ''Knyazlıq klubu'' son olaraq Sebastyan Pokonyolidə də cərimə ödəmək məcburiyyətində qalmışdı. Belçikalı mütəxəssis ötən mövsümün gedişində, daha dəqiq desək, oktyabrda Adi Hütterin əvəzinə baş məşqçi postuna gətirilmişdi. Sonra məlum olmuşdu ki Pokonyolinin lisenziyası ona Liqa-1-də işləməyə icazə vermir. Bu üzdən ''Monako'' hər oyuna görə 25 min avro cərimə ödəməli oldu. .

Ümumilikdə mövsümün sonuna qədər ''Monako'' 750 min avroya yaxın cərimə ödədi. Amma tərəflər arasındakı anlaşmaya əsasən cərimə hər ay məşqçinin öz məvacibindən çıxılırdı. Çox güman Filipe Luisdə də məhz bu cür olacaq.

Chosen
25
1
football-plus.az

2Sources