EN

"Real Madrid" Damfrislə razılığa gəlib

İspaniyanın "Real Madrid" klubu "İnter"də çıxış edən 30 yaşlı Denzel Damfrislə razılığa gəlib.

Missiya.Az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Bildirilib ki, kral klubu 30 yaşlı oyunçunun 20 milyon avroluq sərbəst qalma məbləğini ödəməklə transferi tamamlayacaq.

Tərəflərin bütün məsələlərdə razılığa gəldiyi və rəsmi imzaların bir neçə gün ərzində təsdiqlənəcəyi vurğulanıb.

Qeyd edək ki, Denzel Damfris ötən mövsüm "İnter"də 28 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
32
missiya.az

1Sources