EN

Türkiyədə genişmiqyaslı əməliyyat! Yüzlərlə insan həbs olundu

Türkiyədə genişmiqyaslı fırıldaqçılıq şəbəkələrinə qarşı keçirilən əməliyyatlar nəticəsində 503 şübhəli saxlanılıb.

Turkustan.az xəbər verir ki, əməliyyatlar Daxili İşlər Nazirliyinin koordinasiyası, Baş Prokurorluqlar və Təhlükəsizlik Baş İdarəsinin İctimai Asayiş Departamentinin iştirakı ilə 17 vilayətdə eyni vaxtda həyata keçirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəlilər müxtəlif üsullarla vətəndaşları ümumilikdə 985 milyon 507 min türk lirəsi məbləğində zərərə məruz qoyublar.

Əməliyyat çərçivəsində saxlanılan 503 nəfərdən 261-i məhkəmənin qərarı ilə həbs edilib, 242 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilib.

Maliyyə Cinayətləri Araşdırma Şurasının (MASAK) hesabatları əsasında aparılan maliyyə təhlilləri nəticəsində şübhəlilərin bank hesablarında ümumilikdə 1 milyard 135 milyon türk lirəsi həcmində pul dövriyyəsinin olduğu müəyyən olunub.

İstintaq tədbirləri davam edir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
22
1
turkustan.az

2Sources